Göygöl Milli Parkına giriş iki gün bağlı olacaq

 11:19 03.10.2019     413

Göygöl Milli Parkına giriş iki gün bağlı olacaq.

Bu barədə Redaktor.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, parka girişin bağlanmasının səbəbi Göygöl Milli Parkına gedən yolda “Azəravtoyol” ASC tərəfindən asfalt örtüyünün yenilənməsidir.

O, müvəqqəti narahatlığa görə ziyarətçilərdən üzr istədiklərini bildirib.