Rus Dram Teatrının aktyoru vəfat edib

 19:19 08.10.2019     538

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Aleksey Saprıkin vəfat edib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə teatrın “Facebook” səhifəsində bildirilib.

Qeyd edək ki, A. Saprıkin 1955-ci ildə Bakıda anadan olub. 1991-ci ildən Bakı Kamera Teatrında, 2002-2008-ci illərdə - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb. 2008-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru olub.

A.Saprıkin "Cavad xan", "Biz qayıdacağıq", "Qafqaz", "Cavidin həyatı", "Qraf Krestovski" və digər filmlərdə rol alıb.

Allah rəhmət eləsin!

Vumart və Güvən reklamı Vumart Güvən