Akademik Vasim Məmmədəliyevlə vida mərasimi başa çatıb - FOTOLAR

 15:04 14.10.2019     453

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi başa çatıb.

Redaktor.az-ın məlumatına görə, vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından əklillər göndərilib.

Vida mərasimində Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Xarici İşlər Nazirinin müavinləri Hafiz Paşayev və Xələf Xələfov, elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

V. Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq.//Apa.az

1

1

1

1

1