"Dalğa" musiqi qrupu Bakıda konsert verəcək - FOTO

 14:48 17.10.2019     1458

Söz və musiqi tariximizi uğurla yaşadan Təbrizin məşhur "Dalğa" musiqi qrupu Çingiz Mehdipurun rəhbərliyi ilə "Arazın səsi" adlı konsert verəcək. 

Redaktor.az xəbər verir ki, dünyanın 30-dən artıq ölkəsində geniş konsert proqramlarıyla çıxış edən "Dalğa" qrupu aşıq musiqisi tarixində ilk dəfə klassik aşıq havalarının modern təqdimatıyla böyük şöhrət qazanıb.

Müasir səhnə tərtibatı, ana, tavar və cürə sazların harmonik səs birləşməsi, yastı balabanın həzin səsi, ritm alətlərinin klassik aşıq havalarına gətirdiyi dinamik inkişaf tempi ecazkarlıqla yanaşı saz musiqisində hüdudsuz və yeni bir mərhələnin soraqçısıdır. 

Konsert proqramı 14 noyabr , saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq.

2