Tanınmış aktrisa 106 yaşında VƏFAT ETDİ / Foto

 20:19 17.10.2019     1870

Tanınmış amerikalı aktrisa və müğənni Culi Qibson vəfat edib.

Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, əsl adı Kamil Sorey olan aktrisa 106 yaşında dünyasını dəyişib.

Məlumata görə, Qibson yuxuda olan zaman vəfat edib.

Qeyd edək ki, 1913-cü ildə dünyaya gələn Culi Qibson 30-dan artıq filmdə rol alıb.

Rüfət Xəlil / Redaktor.az