Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim edilib - FOTOLAR

 14:27 18.10.2019     2531

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə fəxri adlara, orden və medallara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Redaktor.az-ın xəbərinə görə, tədbir iştirakçılarını 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edən Mədəniyyət naziri Əbülfəs Qarayev mədəniyyət və incəsənət sahəsində çalışan insanların Azərbaycanın müstəqilliyinin yaşaması üçün daim fəaliyyət göstərdiklərini, onu ölkə xaricində təmsil etdiklərini, gənc nəsillərə səylə ötürülməsində çalışdıqlarını, bununla da onun daimiliyini təmin etdiklərini bildirib.

Nazir qeyd edib ki, Mədəniyyət Nazirliyinin qurumlarında 70 minə qədər insan çalışmaqdadır.

Ə. Qarayev vurğulayıb ki, ölkədə təxminən 800 minə qədər insan yaradıcılıqla məşğuldur.

Onun sözlərinə görə, Nazirliyin qarşısında Azərbaycanda yaradıcılıq sənayesinin formalaşdırılması, bu sahənin dünya standartları səviyyəsinə qaldırılması dayanır.

Sonda mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim edilib.

22222222