Prezident Röya, Miri Yusif və Tünzalə Ağayevə ilə bağlı SƏRƏNCAM İMZALADI

 17:06 21.10.2019     3443

Prezident İlham Əliyev Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Redaktor.az-ın xəbərinə görə, Sərəncamla Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilib:

Ağayeva Tünzalə Qabil qızı

Mirbabayev Mir Yusif Mir Heydər oğlu

Nəcəfova Röyalə Yaqub qızı.