Əbülfəs Qarayev yaşı 70-dən çox olan bu şəxsləri İŞDƏN ÇIXARACAQMI? - FOTOLAR

 14:11 24.10.2019     2365

Prezident İlham Əliyev ölkədə aparılan islahatların bir hissəsi olaraq, dövlət strukturlarında kadrların yenilənməsini zəruri hesab edir. 

Redaktor.az xəbər verir ki, yaşı 70-dən çox olan Azərbaycan Baş nazirinin müavinləri- Əli Həsənov və Hacıbala Abutalıbovu vəzifəsindən azad edib. Hər iki vəzifəli şəxs ölkənin Baş nazirinin müavini vəzifəsindən azad edilməsi üçün ərizə ilə müraciət etmişdi. Həmçinin, gələn ilin fevral ayında 86 yaşı tamam olacaq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Akif Əlizadə vəzifəsindən istefa verib. Prezident İlham Əliyev 81 yaşlı Ramiz Mehdiyevi də Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad etdi.

Ayrı-ayrı nazirliklərin, komitə və digər dövlət orqanlarının tabeçiliyində olan müəssisə və təşkilatlar var ki, onların da bir çoxuna yaşı 70-dən yuxarı olan şəxslər rəhbərlik edir. Bəs, onlar da yerini gənclərə verəcəkmi?

Bu dəfə oxucularımıza Mədəniyyət Nazirliyinin mədəniyyət müəssisələrinin qocaman rəhbərlərini təqdim edirik:

Akif Məlikov - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru  (70 yaş)
Azər Paşa Nemətov - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru  (72 yaş)
Rauf Abdullayev - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin  bədii rəhbər və baş dirijoru (81 yaş)
Fərhad Babayev — Heydər Əliyev adına Sarayın direktoru (71 yaş)
Rauf Babayev - Azərbaycan Dövlət “Qaya” Ansamblının direktoru (81 yaş)
Çingiz Fərzəliyev - Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru (75 yaş)
Timuçin Əfəndiyev - Bakı Xoreoqrafiya Akademiyasının rektoru (74 yaş)
Azər Mustafazadə  - Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr"in direktoru (80 yaş) 

Oral Mədənçi / Redaktor.az

222222