Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayı keçiriləcək

 13:34 29.10.2019     647

Sabah Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) X Qurultayı keçiriləcək.

Redaktor.az-ın xəbərinə görə, qurultayda İttifaq sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabat məruzəsi dinləniləcək.

Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqına 21 nəfərlik yeni İdarə Heyəti, katiblik və sədr seçiləcək.

Qurultayda Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı gözlənilir.

Qeyd edək ki, ABİ-nin sonuncu qurultayı 2012-ci ildə keçirilib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadədir.