Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib

 13:30 30.10.2019     1302

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayı keçirilib.

Redaktor.az-ın məlumatına görə, əvvəlcə İttifaqa 21 nəfərlik yeni İdarə Heyəti seçilib.

Daha sonra açıq səsvermədə qurultay iştirakçıları Xalq artisti Firəngiz Əlizadəni yenidən 5 il müddətinə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinə sədr seçiblər.

Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqının sonuncu qurultayı 2012-ci ildə keçirilib. F. Əlizadə 2007-ci ildən İttifaqın sədridir.