Rejissor Hilal Həsənov VƏFAT ETDİ

 10:50 31.10.2019     526

Oktyabrın 29-da Gəncə Dövlət Kukla Teatrının yaradıcısı və keçmiş baş rejissoru Hilal Həsənov 73 yaşında ürək çatışmamazlığından Türkiyədə vəfat edib.

Bu barədə Gəncə Dövlət Dram Teatrının Ədəbi hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib.

Hilal Mahmud oğlu Həsənov 10 sentyabr 1943-cü ildə Gəncədə anadan olub. 1962 ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin rejisorluq fakültəsinə daxil olub. 1979-cu ildən 1986-cı ilə kimi Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib, 1986-cı ildə Gəncə Dövlət Kukla Teatrını yaradaraq bu teatrın direktoru və baş rejisoru təyin olunub. 

O, 1993-cü ildən Türkiyə Cümhuriyyətində rejissor kimi fəaliyyət göstərirdi.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən