Prezident Musa Yaquba EV VERDİ

 10:21 07.11.2019     493

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib. 

Redaktor.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya şairin özü məlumat verib.

O qeyd edib ki, mənzil Bakı şəhərindədir və üç otaqlıdır.

Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib: 

“Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”.