Heydər Əliyev Mərkəzində “Natiq” ritm qrupunun konserti olub - FOTO

 09:16 11.11.2019     425

Noyabrın 10-da Heydər Əliyev Mərkəzində Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi «Natiq» ritm qrupunun konserti olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, qrup "Qaytağı", "Qaval rəqsi", "Bir qəlbdə iki ruh", "Yaradılış", "Atəşgah" və digər kompozisiyalarını, eyni zamanda məhz bu konsert üçün hazırladığı yeni nömrələri təqdim edib.

İki saata yaxın davam edən konsert gözəl səhnə tərtibatı, rəngarəng performansla yadda qalıb və anşlaqla izlənilib.