Tamara Sinyavskaya təcili XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

 11:07 12.11.2019     462

Tanınmış opera müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib

Redaktor.az-ın xəbərinə görə, bu barədə REN TV məlumat yayıb.  

Telekanalın məlumatına görə, 76 yaşlı sənətçi ürək-damar cərrahiyyəsi şöbəsində müayinə olunur.

Həkimlər bundan sonra onun əməliyyat olunması və ya konservativ müalicəsi barədə qərar qəbul edəcəklər.//Apa.az