Məşhur prodüser VƏFAT ETDİ

 04:14 15.11.2019     391

Dünya kinosuna böyük itki üz verib.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, tanınmış prodüser Branko Lustiq dünyasını dəyişib.

Lustiq 87 yaşında vəfat edib. Sənətçinin ölüm səbəbi bilinmir.

Qeyd edək ki, Branko yüzdən çox filmin prodüseri olub.

Xorvat mənşəli Lustiq “Şindlerin siyahısı” və “Qladiator” filmlərinə görə “Oskar” mükafatı da alıb.

Rüfət Xəlil / Redaktor.az