Azərbaycanlı rejissor Moskvada “İlin adamı” mükafatına LAYİQ GÖRÜLDÜ

 12:59 20.11.2019     338

Kinorejissor Rüfət Əsədov STMEQİ Beynəlxalq Xeyriyyə Fondu tərəfindən təsis edilmiş Sergey Vaynşteyn adına “İlin adamı” mükafatının laureatı seçilib. 

Redaktor.az-ın məlumatına görə, o, bu mükafata Azərbaycan-yəhudi münasibətlərinin inkişafına, dağ yəhudilərinin tarixinin və mədəniyyətinin qorunub saxlanılması və inkişafına görə layiq görülüb. 

R. Əsədov dağ yəhudiləri haqda 3 sənədli filmin (“Quba yəhudiləri”, “Kənddə sonuncu yəhudi”, və “Peyğəmbər Yereminin göz yaşları”) müəllifidir.  

Bu filmlər dəfələrlə İsraildə, Avropada və ABŞ-da müxtəlif kinofestivallarda və tədbirlərdə nümayiş etdirilib, ölkəmizə nüfuzlu mükafatlar gətirib. 

Mükafat noyabrın 18-də Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən mərasimdə R. Əsədova təqdim olunub.

Qeyd edək ki, sözügedən mükafatın təqdimatı  Dağ-Yəhudi icması üçün ilin ən vacib hadisələrindən biri hesab edilir. Mükafat  2015-ci ildə təsis edilib və  indiyə qədər Dağ-Yəhudi mədəniyyətinin, tarixinin, dilinin və adət-ənənələrinin inkişafında və qorunmasında əvəzsiz xidmətlər göstərmiş bir çox tanınmış şəxsə verilib.//Apa.az

222