Xalq artisti reanimasiyaya yerləşdirildi - Vəziyyəti...

 16:09 03.12.2019     385

Xalq artisti Rafael Dadaşov dünən axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.

Bu barədə Redaktor.az-a Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata əsasən, R. Dadaşovun müalicəsi hazırda reanimasiya şöbəsində davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilir.//Apa.az