Rafael Dadaşovun səhhəti ilə bağlı SON MƏLUMAT

 17:24 05.12.2019     550

“Rafael Dadaşovun vəziyyəti yaxşılaşmağa doğru gedir”.

Bu barədə Xalq artisti Rafael Dadaşovun oğlu Ayxan Dadaşov məlumat verib.  

Onun sözlərinə görə, Xalq artisti artıq reanimasiyadan palataya köçürülüb, onun səhhəti stabilləşməkdədir.

Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.//Apa.az