“Golden Globes-2020” mükafatına namizədlərin adları məlum oldu

 22:54 09.12.2019     664

"Oskar"dan sonra nüfuzuna görə ikinci hesab edilən “Golden Globes-2020” mükafatlarına namizədlər müəyyənləşib.  Təqdimatı mərasimi yanvarın 5-də Kaliforniya ştatındakı Beverli-Hillsdə keçiriləcək. 

Redaktor.az xəbər verir ki, ən yaxşı filmlərə namizəd göstərilən ekran əsərləri arasında məşhur kinorejissorlar Kventin Tarantino, Martin Skorseze, Todd Fillips, Sem Mendesin 2019-cu ildə lentə alınmış filmləri var.

“Ən yaxşı aktyor” nominasiyasında Hollivudun ulduzları Eddi Mörfi, Leonardo Di Kaprio, Antonio Banderas, Hoakin Feniks kimi məşhurların adları var.

“Ən yaxşı aktrisa” nominasiyasında Cennifer Lopes, Keti Beyts, Annet Beninq, Lora Dörn, Sirşa Ronan və Rene Zellveqerin namizədlikləri irəli sürülüb.

Təqdimatı mərasimi yanvarın 5-də Kaliforniya ştatındakı Beverli-Hillsdə keçiriləcək. 

Rüfət Xəlil / Redaktor.az