Bakı Sirki 40 ildir, əsaslı təmir olunmadan fəaliyyət göstərir

 14:23 18.12.2019     621

“Fövqəladə Hallar Nazirliyi Bakı Dövlət Sirki ilə bağlı iradlarını bildirib və bunlar da haqlı iradlardır”.

Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir Bakı Dövlət Sirkinin bağlanmasını istəmədiyini bildirib:

"Çünki şəhərdə mütləq belə bir məkan olmalıdır. Sirk 40 ilə yaxındır, əsaslı təmir olunmadan fəaliyyət göstərir. Hesab edirəm ki, müvəqqəti olsa da, təhlükəsizliklə bağlı ölçülər götürməliyik. Artıq bunların yarısını etmişik. Ümidvaram ki, bu mövsümdə sirk öz işini davam etdirə bilər. Amma bu məsələyə gələcəkdə mütləq baxılmalıdır”.//Apa.az