Nəcəf Nəcəfova həsr edilmiş film təqdim olunacaq

 20:00 14.01.2020     1082

Azərbaycan Kinematoqrafçılar İttifaqında daha bir filmin təqdimatı olacaq.

İttifaqdan Redaktor.az-a bildirilib ki, bu dəfə təqdim ediləcək sənədli film mərhum jurnalist –publisist Nəcəf Nəcəfova həsr edilib.

“Vətəndaş Nəcəfov” adlı film ARB-Aranfilm Yaradıcılıq Mərkəzinin istehsalıdır.

Filmin rejissoru Turan Yaqublu, operatoru Rafiq Əliyev, direktoru Nicat Məmmədovdur.

Bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

Təqdimat yanvarın 24-də saat 19.00-da ittifaqın binasındadır. (Lent.az)