Klarnet ifaçısı Vəli Qədimovun yubileyi keçiriləcək

 06:15 19.01.2020     1259

Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının təşkilatçılığı ilə yanvarın 23-də Xalq artisti, unudulmaz klarnet ifaçısı Vəli Qədimovun xatirəsinə və 80 illik yubileyinə həsr olunmuş gecə təşkil ediləcək.

Redaktor.az -ın məlumatına əsasən, gecədə klarnet ustasının həyat və yaradıcılığından bəhs olunacaq.

Vəli Qədimov görkəmli sənətkar Baba Salahovun rəhbərlik etdiyi ansamblda fəaliyyətə başlayıb. Az vaxt ərzində istedadı ilə ustad sənətkarların diqqətini cəlb edərək xalqın sevdiyi ifaçılardan olub.