Rübabə Muradovanın xatirəsi yad olunacaq

 20:30 29.01.2020     1376

Fevralın 21-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, xanəndə Rübabə Muradovanın xatirəsi yad olunacaq. 

Mədəniyyət Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, tədbir Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşacaq.

Gecədə R.Muradova haqqında ən xoş və həzin xatirələr səslənəcək, gənc xanəndələr onun repertuarından olan mahnıları ifa edəcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən