Stallonenin bu görüntüsü heyrətləndirdi - VİDEO

 16:45 31.01.2020     1267

Məşhur aktyor və rejissor Silvester Stallonenin İnstaqramda paylaşdığı görüntü izləyənlərin marağına səbəb olub.

Redaktor.az xəbər verir ki, Stallonenin saçının ağappaq olmasına əksər izləyicilər reaksiya verib.

“Hərdən yuxudan dururam və hiss edirəm ki, heç nə etmirəm. Yalnız sakitləşirəm. Sonra özümə qəzəblənirəm və işə başlayıram”, - Stallone deyib.

Videoda Stallone məşhur “Rokki” filmindəki “Mübarizəyə davam” frazasına işarə edib.

istifadəçilər isə 73 yaşı və daim saçının rəngini “gizlədən” Stallonenin ağ saçlarına diqqət ediblər.//Kult.az