Vaqif Səmədoğlunun xatirəsi yad olunacaq - Ankara

 15:45 02.02.2020     1610

Azərbaycan Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80-ci ildönümü ilə əlaqədar Ankarada yubiley tədbiri keçiriləcək.

Redaktor.az xəbər verir ki, fevralın 5-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında reallaşacaq tədbirdə rəsmi şəxslər, elm və mədəniyyət adamları, vaqifsevərlər iştirak edəcəklər.

Tanınmış şair-dramaturqun həyat və yaradıcılığı barədə iştirakçılara geniş məlumat veriləcək, sonra ədəbi-musiqili proqram olacaq.

Ölkəmizdən də geniş tərkibli heyətin yubiley mərasiminə qatılacağı nəzərdə tutulur. //Axsam.az