Bu gün Şəmistan Əlizamanlının doğum günüdür - VİDEO

 11:38 04.02.2020     1492

Bu gün Azərbaycanın vətənpərvər müğənnisi və bəstəkarı Şəmistan Əlizamanlının doğum günüdür.

Redaktor.az xəbər verir ki, əsgər və vətənpərvərlik mahnıları ilə xalqımızın qəlbinə yol tapmış Şəmistan Əlizamanlı 4 fevral 1959- cu ildə anadan olub.

O, bir çox tanınmış və sevilən qələbə ruhlu hərbi nəğmələrin ifaçısı və bəstəkarıdır.

Qeyd edək ki, Şəmistan Əlizamanlı Türkiyənin TRT 1 kanalında yayımlanan məşhur "Diriliş Ərtoğrul" serialında rol alıb. 

O, reytinqli ekran işinin 127-ci bölümündə tamaşaçı qarşısına çıxıb. İfaçı layihədə Ərtoğrul bəyin obasında ozan obrazını canlandırıb. 

Şəmistan Əlizamanlı məclisdə "Zafer Bismillah" mahnısını səsləndirib. 

Redaktor.az saytının kollektivi adından Şəmistan Əlizamanlının doğum gününü təbrik edir, ona yaradıcılıq işlərində uğurlar arzulayırıq.