Tanınmış aktyoru maşın vurub - Hadisə yerində ölüb / FOTO

 00:08 09.02.2020     3607

Məşhur ABŞ teatr və kino aktyoru, komik Orson Bin vəfat edib.

Redaktor.az-ın məlumatına görə, 91 yaşlı aktyoru Los-Ancelesin Venis rayonunda avtomobil vurub. O, hadisə yerində keçinib.

Orson Bin yüzə qədər film və serialda rol alıb. Onların arasında “Qətlin anatomiyası”, “Mən sizin ananızla necə tanış oldum”, “Con Malkoviç olmaq”, “Daxili məkan” kimi ekran əsərləri də var.

Sevda Əliyeva / Redaktor.az