"Oskar"ın sahibləri məlum oldu

 11:29 10.02.2020     2351

ABŞ-ın Los Anceles şəhərində 92-ci "Oskar" kinomükafatlarının təqdimat mərasimi keçirilib.

Redaktor.az bildirir ki, "Ən yaxşı film" mükafatına Cənubi Koreyanın "Parazit" filmi layiq görülüb.

Bu film həmin kateqoriyada qalib gələn ilk əcnəbi film olub. Ümumilikdə "Parazit" dörd mükafata sahib olub. Film, həmçinin "Ən yaxşı əcnəbi film" və "Ən yaxşı orijinal ssenari" kateqoriyalarında qalib olub. Filmin rejissoru Pon Jun Ho "Ən yaxşı rejissor" adını qazanıb.

"Coker" filmindəki roluna görə Xoakin Feniks "Ən yaxşı aktyor", "Cudi" filminə görə isə Rene Zellveger "Ən yaxşı aktrisa" mükafatını qazanıb.