Beynəlxalq Muğam Mərkəzində musiqili-ədəbi gecə keçirilib - FOTOLAR

 03:28 15.02.2020     777

Fevralın 9-da Beynəlxalq Muğam Mərkəzində (BMM) musiqili-ədəbi gecə keçirilib.

Redaktor.az BMM-ə istinadən xəbər verir ki, gecədə rəssam, dizayner, şairə və bəstəkar Rəsminə Qürbətova və Yarat Müasir Sənət Mərkəzinin departament rəhbəri Ülviyyə Axundovanın müəllifləri olduğu 12 kompozisiya və şeir səslənib. “Demo version of Love” adlı gecədə müəllifləri Bəbir Bəbirlinin rəhbərlik etdiyi musiqi qrupu müşayiət edib.

“Art Council Azərbaycan” təşkilatının dəstəyi ilə keçirilən tədbirdə sevginin demo versiyası - sevginin başlandığı yoldan ayrılığa qədərki məqamlarından söz açılıb.  Ülviyyə Axundova və Rəsminə Qürbətova əsərlərinin ruhi cazibədarlığı ilə tamaşaçıları laqeyd qoymayıblar. Müəlliflərin hər sətrində səmimiyyət, xeyirxahlıq və mehribanlıq hiss olunurdu. Şeir nümunələrinin musiqinin müşayiətində hədsiz təsirli  bir şəkildə səslənməsi gecəyə bir səmimiyyət qatmış olub.

Qeyd edək ki, BMM bədii sənəti təbliğ məqsədilə bir çox layihələr həyata keçirir. Bu layihələrdən “Qəzəllər”, “Sirlər xəzinəsi” nin adını vurğulamaq olar.

1

1

1