"Gladiator"un baş qəhrəmanı tanınmaz hala düşdü - FOTOLAR

 10:57 15.02.2020     1490

"Gladiator" filmi ilə məşhurlaşan aktyor Rassel Krou kökəlməsi səbəbi ilə mediadan uzaq qalmağa çalışır.

Redaktor.az bildirir ki, film çəkilişi üçün xeyli çəki alan aktyor indi də arıqlaya bilmir.

Sonuncu dəfə Sidneydə hava limanında görüntülənən 55 yaşlı ulduz, artıq evdən çölə çıxmır və yalnız dietik qidalar qəbul edir.

Krounun artıq çəkilərindən xilas olduqdan sonra ictimaiyyət arasına çıxacağı deyilir.