Məşhur ifaçı ağlayaraq səhnəni tərk etdi - VİDEO

 15:42 17.02.2020     1551

Məşhur britaniyalı ifaçı Elton Con konsertini yarımçıq qoyub. 

Redaktor.az bildirir ki, canlı əfsanə pensiyaya çıxmadan öncə son turnesi çərçivəsində Yeni Zelandiyanın Oklend şəhərində səhnəyə çıxıb.

E.Con ona “atipik pnevmaniya” diaqnozunun qoyulduğunu deyib və səsi konserti davam etdirməyə imkan vermədiyindən dinləyicilərindən üzr istəyərək ağlamağa başlayıb. 

Daha sonra 72 yaşlı sənətçi əməkdaşların köməyi ilə səhnədən endirilib. E.Con yarımçıq qalan konsertindən sonra “Instagram”da açıqlama verib: “Ürəyimdən gələrək çaldım və ifa etdim, ta ki səsim artıq mahnını söyləməyə imkan verməyən hala gələnədək. Ümidsizliyə qapıldım. Üzr istəyirəm”.