Rusiyanın "Eurovision" təmsilçisinin adı açıqlandı

 00:40 03.03.2020     878

Rusiyanı "Eurovision 2020"də təmsil edəcək qrupun adı açıqlanıb.

Redaktor.az bildirir ki, bu, "Little Big" qrupudur. Məlumatı Rusiyanın Birinci kanalı yayıb:

""Little Big" - hazırda Rusiyada və Avropada rəqs məktəblərində üstünlük təşkil edən pank, pop və reyv janrlarının kokteylidir".

Qrupun tərkibinə İlya Prusikin, Sofya Tayurskaya, Anton Lissov və Sergey Makarov daxildir.

Musiqi qrupunun müsabiqədə ifa edəcəyi mahnı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, "Eurovision" 12-16 may tarixində Rotterdamda keçiriləcək. Niderlandlılar müsabiqəni ölkələrində keçirmək hüququnu ötən il Dunkan Lourensin qələbəsindən sonra qazanıblar.