Kukla Teatrı koronavirusa görə tamaşaları dayandırdı

 22:21 06.03.2020     986

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tamaşaların nümayişini dayandırıb.

Redaktor.az bildirir ki, bu barədə teatrın Mətbuat Xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirib.

Onun sözlərinə görə, tamaşaların dayandırılması koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükə ilə əlaqədardır.

O bildirib ki, qərar 27 mart tarixinədək qüvvədədir.