Tanınmış aktyor vəfat edib

 20:09 09.03.2020     1196

İsveç aktyoru Maks fon Südov 90 yaşında vəfat edib.

Redaktor.az bildirir ki, aktyor Fransada dünyasını dəyişib.

Maks fon Südov İnqmar Berqmanın filmlərinə çəkiləndən sonra dünya şöhrəti qazanıb.

O, Bermanın “Yeddinci möhür” filmində cəngavər rolunu canlandırmaqla yanaşı “Çiyələk talası”, “Sifət”, “Canavar vaxtı” kimi ekran işlərində çəkilib.

Bundan başqa, aktyor “Taxt-tac oyunları” serialında lord Brindeni canlandırıb.