Muğam Mərkəzi dezinfeksiya edilir - FOTO

 18:12 18.03.2020     1255

Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, nazirliyin tabeliyində olan müəssisələrdə tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin görülməsi işləri davam edir.

Mədəniyyət Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, bununla əlaqədar Beynəlxalq Muğam Mərkəzində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülməkdədir.

Muğam Mərkəzindən bildirilib ki, müəssisədə ilk ümumi dezinfeksiya işi martın 6-da həyata keçirilib. Bundan əlavə, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə mərkəzdə mütəmadi olaraq gündəlik ümumi dezinfeksiya işləri həyata keçirilir. //Trend

222