Prezident SƏRƏNCAM İMZALADI

 15:25 29.03.2020     1486

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şəfiqə Haşım qızı Məmmədova 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Redaktor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da bununla bağlı sərəncam imzalayıb. 

Qeyd edək ki, Azərbaycanın Xalq artisti Şəfiqə Məmmədovanın sabah 75 yaşı tamam olur.