Məşhur bəstəkar koronavirusdan öldü - FOTO

 10:47 02.04.2020     1142

Amerikalı bəstəkar Adam Şlezinqer koronavirusdan ölüb.

Redaktor.az xəbər verir ki, musiqiçi son bir həftəni Nyu-Yorkda xəstəxanada keçirib.

COVID-19-u ağır formada keçdiyi üçün həkimlər onui sedasiya vəziyyətində saxlamaq məcburiyyətində qalıblar.

O, “Ən yaxşı yeni sənətçi” nominasiyasında “Qremmi” mükafatına sahib olub.

1997-ci ildə “That Thing You Do!” filmi üçün yazdığı “saundtrek”ə görə “Oskar” və “Qızıl qlobus” mükafatına namizədliyi irəli sürülüb.

Musiqiçi “Fountains Of Wayne” və “Ivy” qruplarının yaradıcısı olub. //Oxu.az