Məşhur italiyalı dizayner koronavirusdan ölüb

 14:56 03.04.2020     810

“Sergio Rossi” adlı lüks ayaqqabı markasının yaradıcısı, məşhur italiyalı dizayner Sergio Rossi koronavirusdan ölüb.

Redaktor.az-ın məlumatına görə, 84 yaşlı dizayner İtaliyanın Çezena şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

İtaliyalı dizayner koronavirusa yoluxma diaqnozu bir neçə gün öncə qoyulub və o xəstəxanaya yerləşdirilib.

S. Rossinin vəziyyəti uzun müddət stabil olsa da, aprelin 2-də kəskin pisləşib və o, dünyasını dəyişib.

O, 1951-ci ildə qadın ayaqqabı markası "Sergio Rossi" ni yaratdıqdan onra məşhurluq qazanıb.