Xalq artisti Rafiq Əliyev vəfat edib

 09:04 16.04.2020     1623

Xalq artisti Rafiq Əliyev vəfat edib.

Bu barədə Redaktor.az-a mərhumun həyat yoldaşı aktrisa Şəfəq Əliyeva məlumat verib.

O, uzun sürən sürən xəstəlikdən sonra dünən gecə saatlarında dünyasını dəyişib.

Aktyorla vida mərasimi evində olacaq.

Rafiq Əliyev Maştağa qəsəbəsindəki qəbirstanlıqda anasının yanında dəfn ediləcək. //APA