Leyla Şıxlinskaya: "Arvad evə, dövlət işə qoymur, yazıq kişilər..." - VİDEO

 17:58 24.04.2020     1444

“Pedoqoq, aktrisa, daha sonra isə xəstəxana rəhbəri oldum. Bu da böyük məsuliyyət idi. Ən böyük məsuliyyət isə doğuşları görmək idi. İndi deyirlər, evdə oturmaq lazımdır. Başqa cür olmaz, təhlükəlidir”.

Redaktor.az xəbər verir ki, bu sözləri Xalq artisti Leyla Şıxlinskaya İTV-də yayımlanan “Gəl qonaq ol” verilişində deyib. Aktrisa karantin günlərindən bəhs edib. O, insanları evdə oturmağa səsləyib:

"Bizim mentalitet bir az fərqlidir. Təəssüf edirəm ki, mentalitet kişilər tərəfindəndir. Bu dəfə fərqlidir. İkinci isə daha çox kişilərin halına acıyıram. Dövlət işə getməyə qoymur, arvad evə buraxmır, polislər maşın sürməyə icazə vermir. Bu yazıq kişilər hara getsin?”.

Daha ətraflı videodan izləyin: