Heydər Əliyev Mərkəzi ilk beşliyə daxil olub - FOTOLAR

 02:30 29.04.2020     1625

Bakıdakı Heydər Əliyev Mərkəzi kameraların obyektivinə düşməyə layiq olan “Dünyanın ən gözəl memarlıq möcüzələri”nin ilk beşliyinə daxil olub.

Bu barədə fotoqrafların internet resursu “SLR Lounge”un səhifəsindəki illüstrasiyalı məqalədə məlumat verilib.  

Qeyd olunur ki, Heydər Əliyev Mərkəzi açıldığı 2012-ci ildən Bakının əsas memarlıq simvolu sayılır. Bir çox insanlar Bakıya məhz bu binanı seyr etmək məqsədi ilə səfər edirlər.

Heydər Əliyev Mərkəzi ilə yanaşı, ilk beşliyə Beynəlxalq Media Mərkəzi “Feniks” (Pekin, Çin), yaşayış kompleksi  “The Interlace”(Sinqapur), “Medibank”ın qərərgahı (Melburn, Avstraliya) və Ştutqartdakı şəhər kitabxanası (Almaniya) daxil edilib.

Heydər Əliyev Mərkəzi (Bakı, Azərbaycan)

Beynəlxalq Media Mərkəzi “Feniks” (Pekin, Çin)

Yaşayış kompleksi “The Interlace” (Sinqapur)

“Medibank”ın qərargahı (Melburn, Avstraliya)

Ştutqart şəhər kitabxanası (Almaniya)