Mədəniyyət Evi acınacaqlı durumdadır - BAKI / FOTO

 12:06 28.05.2020     1909

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində bir vaxtlar öz əzəməti ilə seçilən və tarixi binada yerləşən Mədəniyyət Evinin hazırkı durumu sakinləri ciddi narahat edir. Sakinlər bildirirlər ki, “80-90-cı illərə qədər bu Mədəniyyət Evində tamaşalar göstərilib, filmlər nümayiş olunub, dərnəklər fəaliyyət göstərib.

Redaktor.az xəbər verir ki, illərlə baxımsızlıq nəticəsində yararsız vəziyyətə düşən Mədəniyyət Evi hazırda şəhid Zaur Qurbanovun adını daşıyır.

Sakinlər bildiriblər ki, böyük bir qəsəbədə yerləşən nadir və tarixi Mədəniyyət Evinin təmir edilib, yenidən sakinlərin ixtiyarına verilməsi, həm də şəhidimizin adına hörmət olar.

Qeyd edək ki, sözügedən Mədəniyyət evi Azərbaycan Dəmiryolları QSC-nin balansındadır.

2