Mübriz Tağıyevin vəziyyəti qəfil pisləşib - Əməliyyat olunub və...

 13:53 01.06.2020     1270

Xalq artisti Mübariz Tağıyevin səhhətinin qəfil pisləşdiyi və bağırsağından əməliyyat keçirdiyi barədə məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, 72 yaşlı M.Tağıyev hazırda səhhətinin yaxşı olduğunu bildirib:

“İndi yox, 20 gün əvvəl özəl klinikada cərrahi əməliyyat keçirmişəm. Ciddi bir şey deyil. Kor bağırsağımdan əməliyyat olundum. Hazırda özümü normal hiss edirəm. Müalicəmi evdə davam etdirirəm”.

Xalq artistinin səhhətinin pisləşməsi ilə bağlı ilk məlumatı Ölkə.az saytı yayıb. //Oxu.az