Arif Məlikovun abidəsi ucaldılıb - FOTOLAR

 14:26 02.06.2020     1501

Xalq artisti Arif Məlikovun məzarı üzərində abidəsi ucaldılıb. 

Redaktor.az xəbər verir ki, bu barədə abidənin müəllifi, Xalq rəssamı Ömər Eldarov məlumat verib. 

O bildirib ki, mərhum bəstəkarın qəbirüstü abidəsi ildönümü ərəfəsində ucaldılıb: “Sadəcə karantinə görə bir neçə nəfərlə məzarını ziyarət elədik, geniş açılış mərasimi keçirilmədi”. 

Qeyd edək ki, Arif Məlikov 9 may 2019-cu ildə vəfat edib. O, Fəxri Xiyabanda dəfn edilib. //APA