Nərgiz Cəlilova vəzifəyə təyin edilməsindən danışdı - AÇIQLAMA

 16:10 02.06.2020     1707

"AzTV-də Aparıcı qrupunun bədii rəhbəri vəzifəsində çalışmağımla bağlı yayılan xəbərlər əsassızdır".

Bu sözləri Redaktor.az-a açıqlamasında Əməkdar artist Nərgiz Cəlilova deyib.

“AzTV-də Aparıcı qrupunun bədii rəhbəri vəzifəsinə təyinatım gözlənilsə də, hələlik dəqiq heç nə yoxdur. Dəqiq məlumat olmadığından bu haqda çox danışmaq istəmirəm”, - deyə N. Cəlilova bildirib.

Mahir Ələkbərov / Redaktor.az