İsveçrə mediasında Azərbaycandan bəhs edilib

 14:13 03.06.2020     870

İsveçrənin nüfuzlu "Der Bund" qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc olunub.

Redaktor.az xəbər verir ki, "O, öz vətənindən Nuh peyqəmbərin çıxdığı dağı cox aşkar görə bilirdi" başlıqlı məqalə Bern şəhərində yaşayan həmvətənimiz, İsveçrə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi və "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirovun jurnalist Markus Dyuçlerə (Markus Dütschler) müsahibəsi əsasında hazırlanıb.

Məqalədə ölkəmizin tarixi, müsəlman şərqində ilk dəfə dünyəvi və demokratik respublika qurmuş Azərbaycan Xalq Cümhuriyyəti, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, ölkəmizdə bəşəri və multikultural dəyərlərə daim önəm verilməsi, dini və irqi ayrı-seçkiliyə yol verilməməsi, bütün millətlərin dinc, yanaşı və mehriban şəraitdə yaşaması, diasporumuzun İsveçrədə fəaliyyəti barədə geniş məlumat verilib.