Sualtı baza ən böyük rəqəmsal sənət qalereyası oldu - FRANSA

 13:20 11.06.2020     2339

Fransanın Bordo şəhərindəki keçmiş sualtı baza dünyanın ən böyük rəqəmsal sənət qalereyasına çevrilib. 

Redaktor.az xəbər verir ki, uzunluğu 110, eni 22, hündürlüyü isə 12 metr olan dörd paralel hovuzdan ibarət keçmiş sualtı baza 90 proyektor, 80 dinamik və 100 kilometrlik fiber optik şəbəkəyə malikdir. Ümumi ərazisi 12 min kvadratmetr olan məkan dünyanın ən böyük rəqəmsal sənət qalereyası hesab olunur.

Əvvəllər Parisdə oxşar layihələrə imza atan "CultureScapes", dünyanın ən böyük rəqəmsal sənət qalereyasına çevrilən baza üçün 14 milyon avro sərmayə qoyub.

Koronavirus epidemiyası səbəbindən açılışı 2 ay gecikən qalereya ilk ziyarətçilərinə unudulmaz bir təcrübə yaşatmağı planlaşdırır. COVID-19 səbəbiylə məhdud sayda ziyarətçini qəbul edəcək sualtı bazada,Gustav Klimt və Pol Klee kimi sənətkarların əsərlərinin nəhəng rəqəmsal əksi nümayiş olunacaq. 

Qeyd edək ki, nəhəng sualtı bazanın inşası 1943-cü ildə II Dünya müharibəsi dövründə nasistlərin işğalı altında başa çatıb. Sahib olduğu dəyərə görə baza məhv edilməyib.

Sevda Ulutau / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən