Əməkdar artist Azad Şükürov “Sevilənlər sevənlər”də qonaq olub

 11:37 09.06.2020     1570

Respublika Gənclər Kitabxanasının təşkil etdiyi “Sevilənlər sevənlər” rubrikasının budəfəki qonağı Azərbaycan Respublikasının Əməkdar Artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, aktyor və bədii qiraətçi Azad Şükürov olub. 

Redaktor.az xəbər verir ki, rubrikanın canlı yayımına 1127 nəfər istifadəçi qatılıb. Azad Şükürov sənətə gəlişindən, ilk rollarından, korifeylər ilə xatirələrindən danışıb. Söhbət əsnasında teatr və kino sənətinin maraqlı parelellərindən, həm kino, həm də teatr sənətinin incəliklərindən söhbət açılıb. Görüş zamanı, Azad Şükürov çoxsaylı istəkləri nəzərə alaraq, Nüsrət Kəsəmənlinin “Bir məktub yazacam sənə” və Rəsul Rzanın “Unutmayın” şerlərini səsləndirib. Sonda qonaq, belə görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz təşəkkürünü bildirib. 

İstifadəçilər Azərbaycan Respublikasının Əməkdar Artisti Azad Şükürov ilə keçirilən canlı yayıma https://www.instagram.com/tv/CBLuuXohG2Y/ linki vasitəsilə baxa bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən