Dünya bazarlarında təbii qaz yenidən bahalaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
Redaktor.az-ın məlumatına görə, iyulda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,12% artaraq 1,675 ABŞ dolları təşkil edib.