Valyuta hərracında banklar 33 mln. dollar cəlb edib

 13:01 23.06.2020     761

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Redaktor.az-ın xəbərinə görə, hərracda tələb 33 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (18 iyun 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 22,7% və ya 6,1 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.